Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş” klubu sabah yeni – 35-ci prezidentini seçəcək.
Arena.az xəbər verir ki, bu mövsüm zəif çıxışı ilə diqqət çəkən İstanbul klubunda baş məşqçi Şenol Günəşin ayrılığından sonra, prezidenti Ahmet Nur Çebi də könüllü şəkildə istefa verib.
O, bu gün klubla rəsmən vidalaşıb. Ahmet Nur Çebi yeni seçkilərdə iştirak etməyəciyini bildirib.
“Qara qartallar”ın prezidenti postuna 2 namizəd var. Bunlar Hasan Arat və Serdal Adalıdır. Onların hər ikisi indiyə qədər 2 dəfə prezidentliyə namizəd olsalar da, seçkilərdə qalib gələ bilməyiblər.
Hasan Arat klubun fəxri prezidenti Süleyman Sebanın son dönəmində vitse-prezident vəzifəsinə təyin olunub. Arat, 2000 və 2002-ci ildəki seçkilərdə Serdar Bilgili ilə mübarizədə uduzaraq prezident seçilə bilməmişdi.
Serdal Adalı isə Yıldırım Dəmirörən və Fikrət Ormanın dönəmində idarə heyətində yer alıb. O, 2013-cü ildə Fikrət Orman, 2019-cu ildə də Ahmet Nur Çebi ilə prezidentlik uğrunda seçkilərdən məğlub ayrılıb.
Yeri gəlmişkən, bu gün “Beşiktaş”ın borcu da açıqlanıb. İstanbul klubunun Müşahidə Şurasının hesabatına görə komandanın borcu 6 milyard 981 milyon 174 min 093 Türk lirəsi (TL) təşkil edir.
Sonda onu da xatırladaq ki, “Beşiktaş”ın 120 illik tarixində 34 fərqli prezident fəaliyyət göstərib. Rekord Süleyman Sebaya məxsusdur. O, 1984-2000-ci illər aralığında fasiləsiz 8 dönəm klub prezidenti olub.
“Beşiktaş”ın bütün prezidentləri
1903-1908: Mehmet Şamil
1908-1911: Şükrü Paşa
1911-1918: Fuat Paşa
1918-1923: Fuat Balkan
1923-1924 Salih Bey
1924-1926: Ahmet Fetgeri Aşeni
1926-1928: Fuat Balkan
1928-1930: Ahmet Fetgeri Aşeni
1930-1932: Emin Şükrü Kunt
1932-1935: A. Ziya Karamürsel
1935-1938: Fuat Balkan
1938-1939: A. Ziya Karamürsel
1939-1941: Yusuf Ziya Erdem
1941-1942: A. Ziya Karamürsel
1942-1950: Abdullah Ziya Kozanoğlu
1950: Ekrem Amaç
1950-1952: Salih Fuat Keçeci
1952-1955: Abdullah Ziya Kozanoğlu
1955-1956: Tahir Söğütlü
1956-1957: Danyal Akbel
1957: Ferhat Nasır
1957-1958: Nuri Togay
1958: Enver Kaya
1959-1960: Nuri Togay
1960-1963: Hakkı Yeten
1963-1964: Selahattin Akel
1964-1966: Hakkı Yeten
1966-1967: Hasan Salman
1967-1968: Hakkı Yeten
1968-1969: Talat Asal
1969-1970: Rüştü Erkuş
1970: Nuri Togay
1970-1971: Agasi Şen
1971-1972: Himmet Ünlü
1972-1973: Şekip Okçuoğlu
1973-1977: Mehmet Üstünkaya
1977-1979: Gazi Akınal
1979: Hüseyin Cevahir
1979–1980: Gazi Akınal
1980-1981: Rıza Kumruoğlu
1981-1984: Mehmet Üstünkaya
1984-2000: Süleyman Seba
2000-2004: Serdar Bilgili
2004-2012: Yıldırım Demirören
2012-2019: Fikret Orman
2019-2023: Ahmet Nur Çebi
Nihad Əsədov


