“Brayton” 89 illik rekordu təkrarladı

Futbol üzrə İngiltərə Premyer Liqasının 15-ci turunun “Brentford”la ev oyunu “Brayton” komandası üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, üç qolun qeydə alındığı oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Nəticədə sözügedən klub İngiltərə çempionatında 89 illik rekordu təkrarlayıb. Braytonlular bir mövsüm ərzində ardıcıl 15 oyunda həm qol vurmaqla, həm də buraxmaqla buna nail olublar.

İngiltərədə bunu sonuncu dəfə 1934/1935 mövsümündə “Vulverhempton” komandası bacarmışdı. Eyni göstəricini 89 ildən sonra Braytonun eyniadlı təmsilçisi təkrarlayıb.

“Brayton” bu mövsüm İngiltərə Premyer Liqasında 15 turdan sonra 25 xalla 8-ci pillədə qərarlaşıb. Roberto De Zerbinin rəhbərlik etdiyi kollektiv bu qarşılaşmalarda 32 qol vurub və 27 top buraxıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: