“Real”ın müdafiəsi 2019/2020 mövsümündən bəri Avropa milli çempionatlarının komandaları arasında ən yaxşı müdafiədir.
Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.
Bu müddət ərzində Madrid təmsilçisi 167 oyunda 129 qol buraxıb, hər oyuna orta hesabla 0,77 top düşür. “Atletiko” 166 oyunda buraxılmış 141 qolla 2-ci yerdədir – orta hesabla 0,84 top. 3-cü yerdə 155 oyunda 139 qol buraxmış PSJ qərarlaşıb – orta hesabla 0,89 qol.
“Real” bu mövsüm keçirdiyi 15 oyunda 9 qol buraxıb, bu isə klub tarixinin ən yaxşı göstəricisidir.
Buna qədər ən yaxşı nəticə Zinəddin Zidanın rəhbərliyi altında 2019/2020 mövsümünün 15 oyunda buraxılmış 11 qol idi.
Hazırda “Real” La Liqanın turnir cədvəlində 38 xalla şərikli liderdir. Kataloniya təmsilçisi “Jirona”nın da eyni miqdarda xalı var. Madrid təmsilçisi məhz daha yaxşı top fərqinə görə 1-ci pillədə qərarlaşıb.


