“Roma”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo karyerası ərzində çalışdırdığı futbolçulardan ibarət rəmzi komandasını qurub.
Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir:
Maraqlıdır ki, bu komandada Mourinyonun hazırda çalışdırdığı paytaxt klubundan heç bir futbolçu yer almayıb. Joze Mourinyonun seçimini təqdim edirik:
Qapıçı:
Petr Çex (“Çelsi”);
Müdafiəçilər:
Xavyer Zanetti (“İnter”);
Con Terri (“Çelsi”),
Rikardo Karvalyo (“Portu”, “Çelsi”, “Real”),
Vilyam Qallas (“Çelsi”);
Yarımmüdafiəçilər:
Klod Makelele (“Çelsi”);
Frenk Lempard (“Çelsi”);
Məsut Özil (“Real”);
Hücumçular:
Kristiano Ronaldo (“Real”)
Eden Hazard (“Çelsi”)
Didye Droqba (“Çelsi”)
“Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Portuqal mütəxəssis 2021-ci ilin iyulundan “Roma”nı çalışdırır. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində Mourinyo paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.
Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
Xatırladaq ki, Joze Mourinyo tarixdə Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


