Premyer Liqanın 17-ci turunda “Liverpul” – “Mançester Yunayted” oyununda (0:0) “Enfild” stadionuna son 60 ildə rekord sayda tamaşaçı gəlib.
Arena.az BBC-yə istinadən məlumat verir ki, oyunu 57158 nəfər izləyib.
Bu, 1963-cü ildə mersisaydlıların İngiltərə Kubokunda “Börnli” ilə oyunundan sonra, “Liverpul”un “Enfild”dəki ev oyununda ən çox tamaşaçı sayıdır.
Həmçinin, “Mançester Yunayted”lə oyun “Liverpul”un İngiltərə Premyer Liqasında tarixən ən çox izləyici sayına görə 3-cü oyunu olub.
Hazırda Premyer Liqanın 17 turundan sonra “Liverpul” çempionatın turnir cədvəlində 38 xalla 2-ci, “Mançester Yunayted” 28 xalla 7-ci yerdədir. Premyer Liqaya 39 xalla “Arsenal” başçılıq edir.
Növbəti, 18-ci turda mərkəzi oyun çərçivəsində lider “Arsenal” “Liverpul”u qonaq edəcək.


