“Mançeter Siti” FIFA Klub Dünya Kubokunda qalib gəlməklə İngiltərə klubları arasında yeni rekord müəyyənləşdirib.
Arena.az xatırladır ki, “şəhərlilər” mundialın finalında “Fluminense”ni 4:0 hesabı məğlub eidb.
Beləliklə, Mançester nəhəngi İngiltərə klubları arasında bir təqvim ilində 5 kubok qazanmış ilk klub olub.
2023-cü il mayın 20-də İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində “Arsenal”ın “Brentford”a 0:1 hesabı ilə məğlubiyyətindən sonra “şəhərlilər” İngiltərə çempionu olublar.
3 iyun 2023-cü ildə bu komanda İngiltərə Kubokunun finalında “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edərək qalib olub.
2023-cü il iyunun 10-da UEFA Çempionlar Liqasının finalında Xosep Qvardiolanın komandası “İnter”ə 1:0 hesabı ilə qalib gəlib. Bununla sözügedən klub həm də tarixində ilk “trebl”ə imza atıb.
2023-cü il avqustun 16-da “Sevilya”nı penaltilər silsiləsində 5:4 (əsas və əlavə vaxt – 1:1) hesabı ilə məğlub etmiş şəhərlilər UEFA Super Kubokunun qalibi olublar.
Və arıq məlumat verdiyimiz kimi, “Siti” klublararası dünya çempionatını qazanmaqla, bir təqvim ilində beşinci qəniməti muzeyinə aparıb.


