“Napoli”nin prezidenti Aurelio De Laurentis Avropa Super Liqası ilə bağlı gələcək addımları barədə söhbət açıb.
Arena.az “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir ki, De Laurentis “Real”ın prezidenti və Super Liqanın yaradıcılarından biri Florentino Pereslə söhbətindən, eləcə də turnirlə bağlı qarşıdakı görüşlərdən danışıb:
“Mən Florentino Pereslə danışdım və biz gələcək planları müzakirə etmək üçün digər sahibkarlarla görüşməyə razılaşdıq. Futbolu baxışları olmayan yaşlı adamlar idarə edirlər”, deyə Laurentis bildirib.
Xatırladaq ki, dekabrın 21-də Avropa Məhkəməsi FIFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən fəaliyyətlərini qanunsuz kimi tanıyıb. Hazırda Super Liqanın iştirakçıları siyahısında yalnız bu fikrin sahibi və çılğın təbliğatçıçsı “Real” və qüvvətli dəstəkçisi “Barselona qalıb.
Daha əvvəl bildirilmişdi ki, De Laurentis Avropa Məhkəməsinin Super Liqa ilə bağlı qərarını alqışlayır. O, “Napoli”nin bu layihədə iştirakını nəzərdən keçirməyə hazırdır.
Vurğulayaq ki, bütün bunlar böyük futbol beşliyi ölkələrinin milli liqaları və klublarının yekdilliklə Super Liqaya qarşı mövqe tutması mənzərəsində baş verir.


