“Mançester Yunayted” cari mövsümdə iştirak etdiyi bütün turnirlərdə keçirdiyi 26 oyundan 13-də məğlub olub.
Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” Miladdan əvvəl yalnız 1930/1931 mövsümündə daha çox məğlubiyyətə uğrayıblar – 16 dəfə.
Həmin mövsümdə Mançester təmsilçisi İngiltərə çempionatında sonuncu, 22-ci yerdə qərarlaşmışdı.
Hazırda, İngiltərə çempionatının cari mövsümünün 18 turundan sonra MY 28 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Son 5 oyunda Erik ten Haqın yetirmələdi 1 qələbə qazanıb, 3 məğlubiyyət alıb, 1 görüş isə heç-heçə ilə kifayətləniblər.
Çempionlar Liqasının qrup mərhələsində Mançester təmsilçisi 4 xalla “A” qrupunun sonuncu yerdə tamamlayaraq, avrokuboklarda iştirakına xitam verib.
Premyer Liqanın növbəti turunda dekabrın 26-da “Mançester Yunayted” “Aston Villa”nı qəbul edəcək.


