“Etihad” “Mançester Siti”nin rəqibləri üçün alınmaz qaladır

Xosep Qvardiolanın “Mançester Siti”si 2023-cü ildə doğma stadionu “Etihad”da keçirdiyi oyunların heç birində məğlub olmayıb.

Arena.az məlumat verir ki, “Mançester Siti” başa çatmaqda olan cari ildə öz stadionunda 30 oyun keçirib və bu oyunların 28-də qalib gəlib.

Xosep Qvardiolanın yetirmələri 2022-ci il noyabrın 12-dən bəri doğma meydanında uduzmurlar. O vaxtdan “Mançester Siti”nin “Etihad”dakı cari məğlubiyyətsizlik silsiləsi İngiltərə Premyer Liqasının 16-cı turunun “Brentford”la oyunundan (2:1) mənbəyini götürür.

Hazırda Premyer Liqanın ilk dövrəsindən, 19 turdan sonra “şəhərlilər” 40 xalla turnir cədvəlinin 3-cü pilləsində qərar tutublar. Premyer Liqaya 19 oyundan 42 xal toplamış “Liverpul” başçılıq edir.
Eyni zamanda, “Mançester Siti” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 6 oyunun hamısında qalib gələrək, Danimarka təmsilçisi “Kopenhagen”lə qarşılaşacağı 1/8 final mərhələsinə yüksəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: