“Roma”nın baş məşqçisi Joze Mourinyo komandasının İtaliya A Seriyasının 18-ci turunda “Yuventus”a məğlubiyyətini (0:1) şərh edib.
Arena.az “Football Italia” dərgisinə istinadən, portuqal mütəxəssisin müvafiq xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Biz əslində Turində müdafiə divarına qarşı hər kəsin gözlədiyindən daha çox imkan yaratdıq. Fasiləyə 0:0 hesabı ilə çıxmaq acı idi, çünki birinci hissədə daha yaxşı oynadıq, dirəyə vurduq və üç-dörd həqiqətən təhlükəli vəziyyət yaratdıq. Dibala və Bovenin mövqeləri onlara bir çox fəsad yaradırdı. Qol vura bilmədik, uğursuz sıçrayışdan sonra isə qol buraxdıq. Mən oyuna strateji yanaşma tərzimizdən çox razıyam, komandamın göstərdiyi xasiyyətdən çox razıyam, amma bu, xal məsələsidir və biz nəticə əldə edə bilmədik”, deyə Mourinyo təəssüflə bildirib.
Qələbə sayəsində “Yuventus” daha öncə “Cenoa” ilə oyunda (1:1) 2 vacib xal itirmiş lider “İnter”ə daha da yaxınlaşıb. “Qoca sinyora” 43 xalla 2-ci pillədədir və “neradzurri”ni təqib etməkdə davam edir. “Roma” isə 28 xalla 7-ci pillədə qərarlaşıb. Çempionata 45 xalla “İnter” başçılıq edir.


