Karlo Ançelotti sevimli klubunu heç vaxt çalışdırmayacağını bildirdi

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti uşaqlıqda azarkeşlik etdiyi, sevimli klubundan danışıb.

Arena.az “Pianetamilan.it” dərgisinə istinadən, Ançelottinin bu barədə söhbətini təqdim edir:

“Mən uşaq olanda “İnter”ə azarkeşlik edərdim. Mən elə, indi də bu kluba rəğbət bəsləyirəm. Amma mən onu heç vaxt çalışdırmayacağam”, deyə Ançelotti vurğulayıb.

Xatırladaq ki, cari mövsümdə Ançelotti “Real”ı uğurla çalışdırmaqda davam edir. İtalyan mütəxəssisin rəhbərliyi altında “Kral Klubu” qış fasiləsinə arxayın yollanıb. La Liqanın 18 turundan sonra “Real” 45 xalla turnir cədvəlinin lideridir. “Qaymaqlılar” Çempionlar Liqasının ələmə mərhələsinə qrup qalibi kimi çıxıblar və burada “Leypsiq”lə qarşılaşacaqlar.

Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssis “Kral Klubu”na qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. İtalyan mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: