“Arsenal”ın baş məşqçisi Mikel Arteta “topçular”ın İngiltərə Premyer Liqasında 3 oyunluq qələbəsizlik silsiləsindən danışıb.
Arena.az “Arsenal”ın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bizə mütləq yenidənbaşlama lazımdır, çünki biz bunu bir neçə gün həzm edəcəyik. “Vest Hem”ə qarşı oyun tamamilə fərqli idi, çünki ondan sonra davam edə biləcəyimiz hissi vardı, belə şeylər ola bilər. “Fulhem”lə baş vermişləri təkrarlamaq olmaz. Belə çıxış etsək, heç vaxt olmaq istədiyimiz yerdə olmaq imkanımız olmayacaq.
Bizə artırıb-təkmilləşdirmək gərəkdir. Biz oyunları qazanmaq istəyirik və bizə oyunçularla birlikdə bunu etmək üçün artırmaq lazımdır ki, 20 liqa oyunundan sonra bu oyunçularla liqada ən yaxşı olmaq imkanımız olsun. Onlar həqiqətən yaxşıdırlar və biz onlarla daha da davam etmək niyyətindəyik”, deyə Mikel Arteta acı silsiləyə rəğmən, ruh yüksəkliyini itirmədiyini nümayiş etdirib.
Xatırladaq ki, Premyer Liqanın son üç turu ərəfəsində turnir cədvəlinin lideri olmuş “Arsenal” 7 gün ərzində keçirdiyi 3 oyundan 1-ni heçə-heçə edib, 2-də isə məğlub olaraq nəinki liderliyi, hətta ilk üçlükdə yerini itirib. “Topçular” ötən il dekabrın 23-də “Liverpul”la heç-heçə ediblər – 1:1. Ardınca, dekabrın 28-də Mikel Artetanın yetirmələri evdə gözlənilmədən “Vest Hem”ə məğlub olublar – 0:2. Dekabrın 31-də isə “Fulhem” “topçular”ı “topa qoyub” ilk üçlükdən atıb – 1:2.
Hazırda “Arsenal” 20 oyundan 40 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü pillədə yer alıb. Premyer Liqaya 19 oyundan 42 xalla “Liverpul” başçılıq edir.


