Yurgen Klopp nikah üzüyünü itirdi – sarsıldı, tapdı – sevindi

Premyer Liqanın “Liverpul” – “Nyukasl” oyunundan sonra (4:2) “qırmızılar”ın alman çalışdırıcısı Yurgen Klopp sarsıntı və sevincə qərq olub.

Arena.az məlumat verir ki, “Enfild”də keçirilmiş oyundan sonra qələbəni qeyd edərkən, Klopp özünün nikah üzüyünü barmağından salıb itirib.

Karıxmış mütəxəssis sarsıntı içində bir müddət üzüyünü axtarıb tapmaq ümidi ilə otun üzərində dolaşıb. Alman çalışdırıcı yaxınlıqdalı mühafizəçidən üzüyü tapmaqda ona kömək etməsini də rica edib. Nəhayət Klopp üzüyünü tapıb və barmağına keçirib. Bu an alman mütəxəssisin sevincinin həddi-hüdudu yox idi.

Yurgen Klopp bu barədə müsahibəsində bildirib:

“Bu dəhşətli olardı. Bir dəfə mən onu dənizdə itirmişdim və peşəkar dalğıca ehtiyacım oldu. Bu, qüvvətli sarsıntı idi, amma o geri qayıtdı”, deyə alman mütəxəssis sevinclə bildirib.

Vurğulayaq ki, nikah üzüyünün itməsi və ya itirilməsi bədbəxtlik əlaməti kimi qəbul edilir. Əlbəttə, bütün bunlar bir deyim xüsusiyyəti daşısa da, ailə səadətinin təməl gününə şahidlik etmiş dəyərli nikah üzüyünün itməsi ağrısı bir ömür uzunu sahibini izləyən acı xatirəyə çevrilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: