Ris Uilyams “Liverpul”a qayıtdı

2023/2024 mövsümünün əvvəlində “Aberdin”ə icarəyə verilmiş “Liverpul”un müdafiəçisi Ris Uilyams İngiltərə klubuna qayıdıb.

Arena.az xəbər verir ki, “qırmızlar” birinci yarısını uğurla lider olaraq başa vurduqları Premyer Liqanın ikinci dövrəsinə daha mütəşəkkil və hazırlıqlı başlamaq istəyirlər.

Bu səbəbdən Yurgen Klopun məşqçilər qərargahı Şotlandiya Premyer Liqasında çıxış etmiş 22 yaşlı müdafiəçinin xidmətinin komanda üçün gərəkli təcrübə ola biləcəyi qənaətindədir. Bir neçə gün öncə Almaniyanın “Leypsiq” klubundan Fabio Karvalyonu vaxtından öncə icarədən qaytaran İngiltərə nəhəngi Ris Uilyamsı da erkən geri qaytarıb. Halbuki, Karvalyo da 2023/2024 mövsümünün sonuna kimi Şotlandiya təmsilçisinə icarəyə verilmişdi.

Ris Uilyams “Liverpul”un yetirməsidir. 22 yaşlı futbolçu doğma klubunun əsas komandasında cəmi 19 oyuna çıxıb. O, 2022/23 mövsümündə icarə əsasında “Blekpul”da çıxış edib. İngilis utbolçu “Suonsi Siti”də də icarədə olub. Müdafiəçi İngiltərənin U-18, U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: