Premyer Liqa və Böyük Britaniya hökuməti “Çelsi”nin, kriptovalyuta birjası “BingX” ilə sponsorluq müqaviləsinə müdaxilə etməyəcək.
Arena.az bu barədə “Telegrpah” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “zadəganlar”la illik 14 milyon avro məbləğində müqaviləyə imza atmış “Çelsi”nin yeni yeni sponsoru özünü “Rusiya kriptoicmasının sadiq tərəfdarı” adlandırıb. Həmçinin bildirilir ki, 2023-cü ilin noyabrında birja “Skolkovo” İnnovasiya Mərkəzində keçirilmiş “Tech Week” konfransında iştirak edib.
Böyük Britaniya hökuməti təsdiqləyib ki, “BingX” birjasının, sanksiyalar siyahısında Rusiyadan olan şəxslər və ya şirkətlərlə hər hansı əlaqəsi olduğuna inanmaq üçün heç bir əsas yoxdur. İngiltərə Premyer Liqasının isə Rusiya ilə bağlı xüsusi qaydaları yoxdur və Premyer Liqa hökumətin sanksiyaları rejimi ilə idarə edilir.
Hazırda “Çelsi” Premyer Liqanın 20 turundan sonra 28 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Premyer Liqaya 45 xalla “Liverpul” başçılıq edir.


