Jerar Pike böyük futbola məşqçi kimi qayıdacaq

“Barselona”nın ispaniyalı sabiq mərkəz müdafiəçisi Jerar Pike böyük futbola məşqçi kimi qayıdacağını bildirib.

Arena.az məlumar verir ki, Pike bu barədə özünün “X” sosial şəbəkə hesabı üzərindən yazıb:

“Yeni il gəldi və diqqətlə düşünüb futbola qayıtmaq qərarına gəldim. Mən onun üçün çox darıxıram. Bu dəfə oyunçu kimi deyil. Mən məşqçi olacağam. Təfərrüatı həftənin sonunda paylaşacağam”, deyə Pike dərc edib.

Jerar Pike “Barselona”nın yetirməsidir. Amma “blauqrana”nın gənclər komandasından dərhal “Mançester Yunayted”ə keçib və dörd il sonra Kataloniya nəhənginin düşərgəsinə qayıdıb.
Pike “Barselona”nın heyətində bütün yarışlarda ümumilikdə 616 oyun keçirib, 53 qol vurub, 13 məhsuldar ötürmə verib.

Pike “Barselona” ilə 9 dəfə İspaniya La Liqasının, 7 dəfə İspaniya Kral Kubokunun, 6 dəfə İspaniya Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun və 3 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Pike həmçinin “Mançester Yunayted”lə İngiltərə Premyer Liqasını, İngiltərə Liqa Kubokunu, İngiltərə Super Kubokunu və Çempionlar Liqasını qazanıb.

Eyni zamanda, Pike İspaniya yığması ilə DÇ-2010-da və AÇ-2012 də çempion olub.

Vurğulayaq ki, Pike İspaniya Sequndasında çıxış edən “Andorra” klubunun da sahibidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: