Azər Bağırov: “Əsasən hücum xəttini gücləndirmək istəyirik”

“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov qış təlim-məşq toplanışı çərçivəsində “Zirə”yə qarşı keçirdikləri yoxlama matçını şərh edib.

Arena.az xəbər verir ki, o, 1:2 hesabıyla məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Maraqli oyun oldu. Zədəsiz bir görüş keçirmək istəyirdik. Təəssüf ki, İsmail zədələndi. Onun durumuna sabah aydınlıq gələcək.

Bütün futbolçulara şans verməyə çalışdıq ki, hər kəs 45 dəqiqə oynasın. Çünki fasilədə ilk yoxlama oyunumuz idi”.

Azər Bağırov transfer çalışmalarından da söz açıb: “Heyəti gücləndirməklə bağlı işlər görülür. Yanvarın 16-17-nə qədər bu işləri yekunlasdırmağa çalışacağıq. Əsasən hücum xəttini gücləndirmək istəyirik. Heyətdə rotasiya edə bilmək üçün transfer çalışmalarında yerlilərə üstünlük veririk”.

Xatırladaq ki, “Araz-Naxçıvan” bu gün “Sabah”ın yarımmüdafiəçisi İldar Ələkbərovu icarəyə götürdüyünü açıqlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: