Arteta futbolçulara ailələrini Dubaya aparmağa icazə verdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta komandanın futbolçularına ailələrini Dubaydakı təlim-məşq toplanışına aparmağa icazə verib.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, ispan mütəxəssis müvafiq qərarın klubdakı ab-havanı yaxşılaşdıracağına, həm də komandanın böhrandan çıxış yolu tapmasına kömək edəcəyinə ümid edir.

Xatırladaq ki, “Arsenal” yanvarın 7-də İngiltərə Kubokunda evdə “Liverpul”a 0:2 hesabı ilə məğlub olaraq yarışdan kənarda qalıb. “Topçular” həmçinin “Vest Hem”ə 1:3 hesabı ilə məğlub olaraq, Liqa Kubokundan kənarda qalıblar.

İngiltərə Premyer Liqasında isə keçirdiyi 20 oyundan sonra “Arsenal” 40 xalla 4-cü yerdədir. Çempionatın lideri isə 45 xalla “Liverpul”dur.

Çempionlar Liqasına gəlincə, Artetanın yetirmələrini mötəbər yarışın 1/8 final mərhələsi çərçivəsində “Portu” ilə bir cüt oyun gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: