PSJ-nin prezidenti Nasser Əl-Xelaifi “məxfi iş və əhalinin həssas təbəqəsinin istismarı” ilə bağlı istintaqın hədəfinə çevrilib.
Arena.az bu barədə “Le Monde” dərgisinə istinadən məlumat verir.
Paris prokurorluğu PSJ prezidentinin mərakeşli sabiq əməkdaşının “məxfi iş və əhalinin həssas təbəqəsinin istismarı ilə bağlı mümkün cinayətlər” barədə şikayətindən sonra ilkin istintaqa başlayıb.
PSJ prezidentinin mərakeşli sabiq eşikağası Hişam Karmussi, insan ləyaqətinə zidd olan təhdidlərdən və iş şəraitindən Əl-Xelaifi haqda şikayətləndikdən sonra məhkəmə prosesinin əsas qəhrəmanlarından birinə çevrilib.
PSJ rəhbərinə yaxın mənbə şikayətə cavab olaraq Karmussini Əl-Xelaifini “şantaj etməyə cəhd etməkdə” təqsirləndirilən “cinayətkar” adlandırıb. Əlavə edilib ki, bu, onun başqa bir qanuni prosedurla mühakimə oluna biləcəyinə əsas verir.
Vurğulayaq ki, Nasser Əl-Xelaifi əvvəllər də məhkəmə proseslərində iştirak edib. O, Qətərə futbol üzrə DÇ-2022-yə ev sahibliyi hüququnun verilməsi və Əl-Xelaifinin təmsil etdiyi “BeIN Media” şirkətinə 2026-cı və 2030-cu illər üzrə dünya çempionatının televiziya hüquqlarının yayımlanması hüquqlarının verilməsi ilə bağlı məlumatı olan 42 yaşlı lobbiçi Tayeb ben Abderrahmanın oğurlanmasında iştirakda ittiham edilib.
Qətərli iş adamı 2011-ci ildən PSJ-yə sahiblik edir. Paris təmsilçisi onun gəlişindən bəri çoxsaylı titullar qazanıb.


