Futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunun “Mançester Yunayted”lə səfər oyunu “Tottenhem” üçün əlamətdar olub.
Arena.az “Opta” statistik internet-portalına istinadən məlumat verir ki, “Old Trafford” stadionunda 2:2 hesabı ilə başa çatmış oyunda London klubu Premyer Liqada keçirdiyi oyunlarda qol silsiləsini 33 oyuna yüksəldib.
Bu göstərici klubun tarixi rekordudur.
Sonuncu dəfə “Tottenhem” Premyer Liqada 2023-cü ilin martında “Vulverhempton”la oyunda (0:1) qol vura bilməyib.
Hazırda Londn təmsilçisi 40 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. 20 oyundan 45 xal toblamış “Liverpul” çempionatın lideridir.


