Bu gün Səudiyyə Ərəbistanında təşkil olunmuş İtaliya Super Kuboku uğrunda ilk yarımfinal qarşılaşması baş tutub.
Arena.az xəbər verir ki, startda İtaliya A Seriyasının sonuncu qalibi “Napoli” “Fiorentina”nı sınağa çəkib.
Yekunda qələbəni Neapol təmsilçisi bayram edib və ilk finalçı olub.
Digər yarımfinal görüşündə sabah “İnter” və “Latsio” komandaları üz-üzə gələcəklər.
Yarımfinaldan qalib ayrılmış komandalar yanvarın 22-də İtaliya Super Kuboku uğrunda həlledici oyunda qarşılaşacaqlar.
İtaliya Super Kuboku
Yarımfinal
18 yanvar
Napoli – Fiorentina 3:0
Qollar: Simeone, 22. Zerbin, 84; 86.
19 yanvar
23:00. İnter – Latsio


