“Atletiko” – “Real” matçındakı qalmaqalın təfərrüatı bilindi

İspaniya Kubokunun 1/8 finalında “Atletiko” – “Real” oyununda (4:2) baş vermiş xoşagəlməz hadisənin təfərrüatı məlum olub.

Arena.az “Mundo Deportivo” nəşrinə istinadən məlumat verir ki, “qaymaqlılar”ın braziliyalı vingeri Vinisius Juniorla “döşəkçilər”in argentinalı baş məşqçisi Dieqo Simeone arasında baş vermiş münaqişə, Vinisiusun Simeoneni təxribata sürükləməsi və aldığı cavaba görə əxlaqsız sözləri nəticəsində baş verib.

Mənbənin məlumatına görə, Vinisiusla Simeone arasında münaqişə “Real”ın hücumçusu Xoselunun oyunun 82-ci dəqiqəsində qol vurmasından sonra braziliyalı vingerin argentinalı mütəxəssisin olduğu texniki sahədən keçərək, Simeoneni təxribata sürükləməsi ilə başlayıb. Belə ki, “Vinni” barmaqları ilə 7 rəqəmini göstərib. Buna cavab olaraq Simeone belə cavab verib: “Yeddi rəqəmi? Buradan uzaq ol”. Güman ki, Simeone bu kəlməni abırsız ifadə ilə işlədib. Cavabında Vinisius “yeddi rəqəmi sənin ananın dalıdır”, deyə söz atıb. Bundan sonra futbolçu ilə məşqçi arasında mübahisə yaranıb.

Oyun “Atletiko”nun əlavə vaxtda qələbəsi (4:2) ilə başa çatıb. Nəticədə “döşəkçilər” 1/4 final mərhələsinə vəsiqə qazanıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: