“Mançester Yunayted”in avtobusuna ziyan vurmuş şəxs həbs edildi

İngiltərə polisi “Mançester Yunayted”in avtobusuna içki şüşəsi ataraq, nəqliyyat vasitəsinə ziyan vurmuş xuliqanı həbs edib.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Polis dekabrın 17-də “Mançester Yunayted”in “Liverpul”la oyunu öncəsi “qırmızı şeytanlar”ın avtobusuna içki şüşəsi atmış 23 yaşlı mersisaydlı azarkeşi həbs edib.

Mənbənin məlumtına görə, bu şəxs Liverpul hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Müttəhimin hansı ittihamlarla üzləşəcəyi hələlik məlum deyil. Atılmış içki şüşəsi Mançester təmsilçisinin avtobusunun şüşəsinə tuş gəlib və nəqliyyat vasitəsinin şüşəsi çatlayıb. Xoşbəxtlikdən, hadisə bununla da sovuşub, nəqliyyat vasitəsinin içərisində olan futbolçulardan və heyətdən heç biri xəsarət almayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: