Maykl Edvards “Liverpul”a qayıtmaqdan imtina etdi

“Liverpul” rəhbərliyi mersisaydlıların keçmiş idman direktoru Maykl Edvards ilə əlaqə saxlayıb və mütəxəssisə kluba qayıtmaq təklifini verib.

Arena.az italyan jurnalist Fabrisio Romanoya istinadən məlumat verir ki, “Liverpul”un cəhdinə rəğmən, ingilis mütəxəssis müvafiq təlklifdən imtina edib.

Mənbənin məlumatına görə, “Liverpul” rəhbərliyi Edvardsın klubu yenidən strukturlaşdırmasını istəyib. Mütəxəssisin hazırda belə işlərlə maraqlanmadığı üçün İngiltərə klubunun bu təklifini rədd etdiyi vurğulanır.

Xatırladaq ki, Maykl Edvards 2011-ci ildən “Liverpul”un strukturunda çalışaraq komandanın baş təhlilçisi kimi fəaliyyətə başlayıb. 2016-2022-ci illərdə 44 yaşlı mütəxəssis mersisaydlıların idman direktoru vəzifəsində çalışıb. Edvardsın fəaliyyəti dövründə ‘Liverpul’ İngiltərə Premyer Liqasının (2019/2020 mövsümü) və Çempionlar Liqasının (2018/2019 mövsümü) qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: