“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında 200 qələbə qazanmış 7 çalışdırıcıdan biri olub.
Arena.az bu barədə “Squawka” dərgisinə istinadən məlumat verir.
İngiltərə Premyer Liqasının 22-ci turunda “Enfild”də “Çelsi” üzərində 4:1 hesablı qələbə alman mütəxəssisin Premyer Liqa çərçivəsində qazandığı 200-cü oyun olub. Beləliklə Klopp bu həddə çatmış 7 mütəxəssisdən biridir.
Əvvəllər müvafiq nailiyyətə Aleks Ferqyuson, Arsen Venger, Harri Rednapp, Joze Mourinyo, Devid Moyes və Xosep Qvardiola nail olublar. Amma yalnız Xosep Qvardiola 200 qələbə həddinə Yurgen Kloppdan daha tez çatıb. “Pep”ə bunun üçün 269 oyun, Klopa isə 318 oyun kifayət edib.
Hazırda “Liverpul” 22 oyundan 51 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.
Sonda onu da xatırladaq ki, Yurgen Klopp bu mövsümün sonunda “Liverpul”dan ayrılacaq.


