Dieqo Simeone “Atletiko”nun oyun təqvimi ilə bağlı od püskürdü

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone “dökəkçilər”in oyun təqvimi ilə bağlı İspaniya Kral Futbol Federasiyasını (RFEF) tənqid edib.

Arena.az məlumat verir ki, argentinalı mütəxəssis İspaniya La Liqasının 20-ci turunda evdə “Rayo Valyekano” üzərində qələbədən (2:1) sonra mətbuat konfransında RFEF-in ünvanına od püskürüb:

“Atletik”in hazırlaşması üçün daha iki günü olması mənə ədalətsizlik kimi görünür. Bu, federasiya tərəfindən hörmətsizlikdir. Bir gün yaxşıdır, amma iki gün yox. Bu, hörmət məsələsidir. Bu, vacib yarımfinaldır, federasiya başa düşməlidir ki, bir komandanın daha artıq iki günü var. “Atletik”lə çərşənbə günü yox, cümə axşamı oynasaq, nə fərqi olacaq? Heç bir fərqi olmayacaq. Onlar oyunu sürüşdürmək istəmirlər. Bu günlər, qələbə qazanacağın və ya məğlub olmağın demək deyil, sadəcə olaraq hörmət məsələsidir. “Atletiko” azarkeşləri öz oyunçularını ən yaxşı vəziyyətdə görmək istəyirlər və bəzilərinin hazırlaşması üçün üç, digərlərinin isə beş günü olanda hiddətlənirəm”, deyə Dieqo Simeone fikrini tamamlayıb.

Xatırladaq ki, “Atletiko” La Liqanın 20-ci turunun 31 yanvar tarixində “Rayo Valyekano” ilə oyunundan sonra, çempionatın 23-cü turu çərçivəsində fevralın 4-ü, bazar günü “Real”a qarşı səfər oyunu keçirəcək. Fevralın 7-də isə “döşəkçilər” İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyununda evdə Bilbao “Atletik”i ilə qarşılaşacaqlar. Eyni zamanda, Bask klubu La Liqa oyununu bu həftəsonu – fevralın 2-də evdə “Malyorka” ilə keçirəcək. Beləliklə İspaniya Kral Kuboku oyununa qədər “Atletik”in istirahət üçün iki günü olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: