Klopp “Arsenal”a gözlənilməz məğlubiyyət haqda: “Bu, qəribədir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “qırmızılar”ın Premyer Liqanın 23-cü turunda “Arsenal”a səfər məğlubiyyətini (1:3) şərh edib.

Arena.az “Sky Sports” dərgisiniə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Ümumiyyətlə, etiraf edə bilərik ki, “Arsenal” bu gün 3 xala layiq idi. Şərait azacıq qəribə idi. Bugünkü oyunda vurduğumuz qol Kubok oyununda onlara vurduğumuz qolla bənzər idi. Kubok oyununda daha çox imkanımız vardı.

Fasiləyə qədər qapıya bir zərbə belə, vurmadan qol vurduq – bu, azacıq qəribədir. Bu gün bir çox cəhətdən uyğunlaşmalı olduq.
Oyunun gedişində öz oyunumuzu tapa bildik, qələbəyə yaxın olduğumuz anlarımız oldu, ardınca isə ikinci hissə baş verdi”, deyə Klopp bildirib.

Məğlubiyyət “Liverpul”a ağır oturub. Belə ki, “qırmızılar” 23 oyundan 51 xalla Premyer Liqanın turnir cədvəlində liderliklərini sürdürsələr də, indi 21 oyundan 46 xalla 3-cü pillədə qərarlaşmış “Mançester Siti” potensial lider statusunu qazanıb. “Arsenal” isə 49 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: