Klopp haqda sənədli film “Liverpul”a 11,6 milyon avro qazandıracaq

“Liverpul” komandanın baş məşqçisi Yurgen Klopp haqqında sənədli film müqabilində məşhur “Disney”dən 11,6 milyon avro alacaq.

Arena.az bu barədə “Mail Sport” dərgisinə istinadən məlumat verir.

Vurğulanır ki, müqavilə hələ tamamlanmayıb.

Xatırladaq ki, yanvarın 26-da Yurgen Klopp cari mövsümün sonunda İngiltərə klubunu tərk edəcəyini açıqlamışdı. Alman mütəxəssis açıqlamasında artıq komandanı çalışdırmağa gücünün olmadığını bildirib.

56 yaşlı Klopp “Liverpul”u 2015-ci il oktyabrın 8-dən çalışdırır. Bu müddət ərzində alman mütəxəssis “qırmızılar”la 7 kubok qazanıb. Kloppun rəhbərliyi altında bu komanda İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: