“Bayer” əzmkar qələbə ilə Almaniya Kubokunda yarımfinala çıxdı

Bu gün futbol üzrə Almaniya Kubokunda 2023/2024 mövsümünün 1/4 final mərhələsinin daha bir qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, üçüncü oyun gününün yeganə görüşü Bundesliqanın lider “Bayer”lə “Ştutqart” arasında keçirilib.

Oyunda hesabı qonaqlar açsa da, əzmkar qələbəyə sevinən Leverkuzen təmsilçisi yarımfinala yüksəlib.

Xatırladaq ki, daha öncə Düsseldorf “Fortuna”sı və “Kayzerslautern” də yarımfinala yüksəlmişdilər.

Almaniya Kubokunda 1/4 final mərhələsinə fevralın 7-də keçiriləcək “Saarbrüken” – “Borussiya” (Mönxenqladbax) matçı ilə yekun vurulacaq.

Almaniya Kuboku
1/4 final
30 yanvar

Sankt-Pauli – Fortuna (Düsseldorf) 2:2 (penaltilər 3:4)
Qollar: Hartel, 60-pen. Buxalfa, 120+1 – Vermey, 38-pen. Tanaka, 99.

31 yanvar

Herta – Kayzerslautern 1:3
Qollar: Rise, 90+1 – Elvedi, 5. Taçi, 38. Kaloç, 69.

6 fevral

Bayer – Ştutqart 3:2
Qollar: Andrix, 50. Adli, 66. Ta, 90 – Anton, 11. Fuhrix, 58.

7 fevral

23:45. Saarbrüken – Borussiya (Mönxenqladbax)

Xəbəri sosial şəbəkələrdə paylaş: