“Çelsi” azarkeşinə stadiona getməyə 3 illik qadağa qoyuldu

“Çelsi”nin 25 yaşlı azarkeşi Cordan Çidli haqqdında inzibati tədbir görülərək, onun stadiona gəlməsinə 3 müddətində qadağa qoyulub.

Arena.az “Daily Mail” nəşrinə istinadən məlumat verir ki, Çidli ötən ilin dekabrında İngiltərə Liqa Kubokunun 1/4 finalında “Nyukasl”la oyunda (1:1, penaltilərdə 4:2) meydana qaçaraq “sağanlar”ın qapıçısı Martin Dubravka ilə toqquşmuşdu.

“Çelsi’nin vingeri Mixaylo Mudrik hesabı bərabərləşdirdikdən sonra Çidli “Stemford Bric”də meydana qaçmışdı.

Xatırladaq ki, Maurisio Poçettinonun komandası fevralın sonunda Londonda “Uembli”də “Liverpul”la qarşılaşacaqları Liqa Kubokunun finalına yüksəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: