“Real” baş məşqçisi Karlo Ançelotti komandasının Avropanın ən nüfuzlu klub turnirindəki iddialarından danışıb.
Arena.az “Sports.es” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bütün oyunçularımız Çempionlar Liqasından həzz alırlar. Bizim güclü, ciddi və köklənmiş komandamız var, orada yaxşı ab-hava var. Hər kəs töhfəsini verir.
Köklənməyim həmişə yüksəkdir, çünki etdiyim işi sevirəm. Heyətimizi bəyənirəm, sərəncamımda olan futbolçuları bəyənirəm.
Azarkeşlərimiz üçün Çempionlar Liqası ən vacib yarışdır, çünki tarixən ən böyük uğuru məhz burada əldə etmişik. Bu dəfə də uğur qazanmaq üçün Leypsiqdə güclü rəqiblə başlayacağıq”, deyə Ançelotti bildirib.
“Real” 14 dəfə Çempionlar Liqasının qalibi olub. “Kral klubu” sonuncu dəfə 2021/2022 mövsümündə həlledici görüşdə “Liverpul”u məğlub edərək (1:0) kuboku başı üzərində qaldırmışdı.
Xatırladaq ki, Ançelottinin komandası qrup mərhələsinin 6 turundan sonra mütləq nəticə – 18 xalla qrup qalibi olub. Turnirin 1/8 finalında “Real”ı Almaniya təmsilçisi “Leypsiq”lə iki oyunluq mübarizə gözləyir.


