“Mançester Siti”nin baş məşqçisi Xoep Qvardiola komandasının heyətindəki zədəli “şəhərlilər” haqda məlumat verib.
Arena.az ispan mütəxəssisin bu barədə məlumatını diqqətinizə çatdırır:
“Yoşko Qvardiol topuq bağındakı zədə səbəbindən iki-üç həftə yaşıl meydanlardan kənarda qalacaq. Bernardo Silva topuq nahiyəsindən ciddi zədə almışdı. Cek Qrilişin əzələsindən zədə aldığı görünür. Mateo Kovaçiç qayıtmağa yaxındır”, deyə Qvardiola bildirib.
Xatırladaq dünən, fevralın 13-də “Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Kopenhagen” üzərində 3:1 hesablı qələbə qazanıb.


