Klopp Liqa Kubokunun finalına itkilərlə çıxacaqlarını açıqladı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp bildirib ki, “qırmızılar” İngiltərə Liqa Kubokunun finalında “Çelsi” ilə oyuna itkilərlə çıxacaqlar.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən məlumat verir ki, alman mütəxəssis macar mərkəz yarımmüdafiəçisi Dominik Soboslai və ingilis sağ cinah müdafiəçisi Trent Aleksander-Arnoldun xidmətindən istifadə edə bilməyəcəyini açıqlayıb:

“İnsanlar final haqqında düşünürlər və bu, tamamilə adidir, amma hələ iki oyunumuz var – “Brentford” və “Luton Taun”la. Hələ ki, Liqa Kubokunun finalında nə olacağını düşünməmişəm. Bəli, bu, bir oyundur, amma qarşıda daha iki oyun var və Trent və “Sobo”nun bunlarda iştirak edə bilməyəcəyinə görə təəssüflənirəm. Deyərdim ki, Dominikin “Çelsi”yə qarşı oynamaq imkanı yoxdur, Trent isə daha sonra meydana qayıdacaq. Bir və ya bəlkə də iki həftəyə”, deyə Klopp bildirib.

Xatırladaq ki, 2023/2024 mövsümü İngiltərə Liqa Kubokunun finalı fevralın 25-də Londonun “Uembli” stadionunda keçiriləcək. “Liverpul” və “Çelsi” münasibətlərinə aydınlıq gətirməklə yanaşı, möhtəşəm oyun vəd edirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: