Ançelotti “Rayo Valyekano” ilə gözlənilməz heç-heçəni şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 25-ci turunda “Rayo Valyekano” ilə səfər heç-heçəsini (1:1) şərh edib.

Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyuna çox yaxşı başladıq, topa sahib olduq, bir qol vurduq və daha bir qol vura bilərdik, Valverde çərçivəyə tuş gəldi… “Real”ın qapısına penaltiyə qədər hər şeyi çox yaxşı etdik, sonra oyun dəyişdi. Təkbətək mübarizələr, atışmalar, fasilələr çox oldu – belə bir vəziyyətdə həll yolu tapmaq asan deyildi.

Mübarizə aparırdıq – aydındır ki, heç-heçə bizi qane etmədi, amma davam edirik. Cədvəldə çox yaxşı vəziyyətdəyik, sakitik və növbəti oyuna hazırlaşırıq”, deyə Ançelotti arxayınlıqla bildirib.

Maraqlıdır ki, “kral klubu” La Liqanın 1-ci dövrəsində də “Rayo Valyekano”nun öhdəsindən gələ bilməmişdi. Onda “arılar” Madriddən “quru” hesabla ayrılmışdılar – 0:0.

Hazırda “Real” 62 xalla La Liqanın turnir cədvəlində liderliyini davam etdirir. “Rayo Valyekano” isə 25 xalla 14-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: