Klopp “Luton Taun” üzərində qələbəni şərh etdi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 26-cı turunda “qırmızılar”ın “Luton” üzərində qələbəsini (4:1) şərh edib.

Arena.az BBC-yə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Möhtəşəm oyun idi. Birinci hissədə mənə çox şey xoş gəldi, amma görünür, oyunçular və azarkeşlərə elə də xoş deyildi, axı biz uduzurduq. Oyuna yaxşı başladıq və rəqibə alışmağa çalışdıq. Ancaq sonra qol buraxdıq və sahənin son üçdə bir hissəsinə tələsməyə başladıq.

Uşaqlara dedim ki, yüksək səviyyəli oyun oynayırıq, amma həlledici məqamlarda daha sakit hərəkət etməliyik. Bundan sonra atəşfəşanlıq və gözəl qollar gördük. Gözəl axşamdır”, deyə Kloop fərəhlə bildirib.

26 turdan sonra “Liverpul” 60 xalla Premyer Liqanın turnir cədvəlinə vahid lider olaraq başçılıq edir. “Luton Taun” isə 25 oyundan 20 xalla təhlüləli 18-ci pillədədir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: