Arteta: “Biz həmişə daha yaxşı oynamaq istəyirik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 26-cı turunda “Nyukasl”la qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az “Football.London” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir.

“Portu”ya qarşı oyunda uduzduqdan sonra bizə düzgün qarşılıq gərəkdir. Biz oyunun əvvəlindən stadionda lazımi ab-havanı yaratmaq istəyirik. Hamıdan xahiş edirəm ki, oyuna gəlsinlər və var gücü ilə azarkeşlik etsinlər. Premyer Liqada həqiqətən yaxşı vəziyyətdəyik.

Biz həmişə daha yaxşı oynamaq istəyirik. Daha yaxşı oynaya bilərik. Komanda nə qədər yaxşı oynasa, tamaşaçı da bir o qədər yaxşı qarşılıq verər”, deyə Arteta vurğulayıb.

Premyer Liqanın 25 turundan sonra “Arsenal” 55 xalla 3-cü pillədə, “Nyukasl” isə 37 xalla 8-ci pillədə qərarlaşıb. Premyer Liqaya 26 oyundan 60 xalla “Liverpul” başçılıq edir.

Xatırladaq ki, “Arsenal” – “Nyukasl” oyunu “Emireyts” – Eşberton Qrouv” stadionunda keçiriləcək. Hakimin başlanğıc fiti Bakı vaxtı ilə saat 00:00-da (25 fevral) səslənəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: