Lyuis Kumas və Ceyden Danns “Liverpul”un tarixinə düşdülər

İngiltərə Kubokunun 1/8 finalında “Sauthempton”a qarşı oyun (3:0) “Liverpul” futbol akademiyasının iki yetirməsi üçün əlamətdar olub.

Arena.az “The Athletic” dərgisinə istinadən məlumat verir ki, “qırmızılar”ın uelsli sol vingeri Lyuis Kumas və ingilis mərkəz hücumçusu Ceyden Danns bu oyunda qol vurublar.

18 yaşlı gənc futbolçular hərəyə 1 qol vurmaqla, bu klubun tarixində debüt oyununda qol vurmuş ən gənc futbolçuların beşliyinə daxil olublar.

“Liverpul” tarixində debüt oyununda qol vurmuş ən gənc futbolçuların beşliyini təqdim edirik:

  1. Maykl Ouen: 17 il, 143 gün;
  2. Cordan Rossiter: 17 yaş, 183 gün;
  3. Ceyden Dunns: 18 yaş 43 gün;
  4. Cimmi Melia: 18 yaş, 46 gün;
  5. Lyuis Kumas: 18 yaş, 162 gün.

Xatırladaq ki, daha əvvəl İngiltərə Liqa Kubokunun “Çelsi”yə qarşı final oyununda (1:0) “qırmızılar”ın alman baş məşqçisi Yurgen Klopp çoxlu gənc futbolçulara yer vermişdi. Mütəxəssislər təxmin edirlər ki, bu gənclər “Liverpul”un gələcək ulduzlarıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: