“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 27-ci turunda “Nottingem Forest”lə çətin səfər oyununu şərh edib.
Arena.az xatırladır ki, “qırmızılar” əsas vaxta əlavə edilmiş 9-cu təzminat dəqiqəsində qol vuraraq, səfərdən vacib 3 xalla qayıdıblar.
“Olduqca qeyri-adi bir gündür. Çətin təqvimimiz vardı. Bu oyun bizim üçün asan olmadı. Bizim məqamlarımız vardı. Çox yaxşı başlamadıq.
Əgər 12 gün əvvəl mənə dörd oyunun hamısında qalib gələcəyimizi desəydiniz, deyərdim ki, imkansızdır, mümkün deyil. İndiki şəraitdə oyunlarda qalib gəlmək sadəcə gülüncdür.
Növbəti oyuna qədər toparlanacağıq. Uşaqların etdikləri xüsusi bir şey idi. Bu qədər xal qazanmaq böyük fəsad idi. Bu, heç vaxt asan olmayıb”, – BBC alman mütəxəssisdən sitat gətirir.
Qələbə sayəsində “Liverpul” Premyer Liqanın yarış cədvəlində 64 xalla liderliyini qoruya bilib. “Meşəçilər” isə 24 xalla 17-ci yerdə qərarlaşıblar.


