“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının 1/8 final mərhələsinin “Leypsiq”lə cavab oyunu haqda fikirlərini paylaşıb.
Arena.az “Sports.es” portalına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Leypsiq”in nə qədər təhlükəli olduğunu çox yaxşı bilirik, amma bu məsələdə irəliləyişimizi göstərməyə hazırıq. Rəqibimiz keçid mərhələlərində çox təhlükəlidir. Yalnız tam güclə oynamaq qalib gəlməyimizə kömək edəcək”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, ilk oyunda Ançelottinin “qaymaqlılar”ı “Leypsiq”ə səfərdə 1:0 hesabı ilə qalib gəliblər.
Komandalar arasında cavab oyunu martın 6-da “Santyaqo Bernabeu”da baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


