London nəhəngi “Çelsi” rəsmi saytında 2022/2023 mövsümünün yekunlarına dair maliyyə hesabatını təqdim edib.
Arena.az məlumat verir ki, hesabat məlumatlarına əsasən, mövsümün yekunları üzrə vergidən əvvəl itkilər 105 milyon avro məbləğ təşkil edib.
Bu da 2021/2022 mövsümündən 36 milyon avro azdır.
Həmçinin bildirilir ki, “Chelsea FC Holdings Limited” qrupunun tarixində ilk dəfə dövriyyə 500 milyon funt-sterlinq (585 milyon avro) həddini keçərək, 481 milyon funt-sterlinqdən (562 milyon avro) 512 funt-sterlinqə (599 milyon avro) yüksəlib.
Klubun kommersiya gəliri isə 210 milyon funt-sterlinqə (245 milyon avro) yüksəlib.
Hazırda “Çelsi” Premyer Liqanın 26 turundan sonra 36 xalla yarış cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


