Qvardiola “Liverpul”la oyun haqda: “Səviyyələrini sübut edirlər”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 28-ci turunda “Liverpul”a qarşı səfər oyununu (1:1) şərh edib.

Arena.az BBC-yə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyuna çox yaxşı başladıq, amma rəqiblərimiz heyrətamiz komandadır. Onlarla oynamaq heç vaxt asan deyil. Biz bir xala razıyıq.

Birinci hissədə təşəbbüs bizdə idi. Çoxlu qol imkanları yaratdıq. Bundan sonra rəqibə penalti hədiyyə etdik, ardınca isə əzabımız başladı. Oyun tamaşaçılar üçün yaxşı alındı.
Mən qalib gəlməyə üstünlük verərdim, amma rəqib uzun illərdir ki, öz səviyyəsini təsdiqləyir. Hamı yaxşı oyun nümayiş etdirdi. Qarşıda hələ 10 oyun var, çox şey ola bilər”, deyə Qvardiola vurğulayıb.

28-ci turun mərkəzi oyununda “sülh” “Arsenal”ın xeyrinə işləyib. İndi Mikel Artetanın “topçular”ı 64 xalla Premyer Liqanın yarış cədvəlinə başçılıq edirlər. “Liverpul” da “Arsenal”la şərikli liderliyini sürdürür, amma top fərqi və şəxsi oyunda üstünlük (3:1) məhz “Arsenal”ı zirvədə saxlayır. “Mançester Siti” isə 63 xalla 3-cü pillədə qərarlaşıb.

Göründüyü kimi, Premyer Liqa çempionluğu uğrunda mübarizə gərginlik vəd edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: