“Liverpul”un macar yarımmüdafiəçisi Dominik Soboslai bu mövsüm dörd kubokun hamısını qazanmaq istədiyini bildirib.
Arena.az Soboslainin bu barədə fikirlərini təqdim edir:
“Artıq bir kubok qazanmışıq (Liqa Kuboku), daha üçü qalıb. Şəxsən mən onların hamısını qazanmaq istəyirəm. Amma biz oyundan oyuna getməliyik və o qədər də irəliyə baxmamalıyıq. Bizim daha üç kubok qazanmaq imkanımız var, amma “Mançester Siti” və “Arsenal” oyunçularından qənimət qazanmaq imkanlarını soruşun, onlar da eyni şeyi deyəcəklər. Çox çalışmalıyıq, heç nə özü öz əlimizə keçməyəcək”, deyə macar yarımmüdafiəçi vurğulayıb.
Xatırladaq ki, Dominik Soboslai 2023-cü ilin iyul ayında Almaniyanın “Leypsiq” klubundan 70 milyon avro qarşılığında “Liverpul”a transfer edilib. Macar yarımmüdafiəçinin “qırmızılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. O, İngiltərə nəhənginin heyətində indiyə qədər 31 oyuna çıxıb. 23 yaşlı futbolçu bu oyunlarda 6 qola imza atıb, 4 məhsuldar ötürmə müəllifi olub.
Soboslai daha öncə “Leypsiq”, “Liferinq” kimi klubların da formasını geyinib. O, kapitanı olduğu Macarıstan yığmasında 2019-cu ilin mart ayında debüt edib. Yarımmüdafiəçi millidə keçirdiyi 38 oyunda 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.


