Rahil Məmmədov üçün Polşada 90 dəqiqə və 1 xal – Video

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşa çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Ekstraklasanın 25-ci turu çərçivəsində baş tutmuş “Rakuv”la oyunun iştirakçısı olub.

LKS doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Lodz təmsilçisi 69-cu dəqiqədə penaltidən vurduğu qolla hesabı açsa da, qonaqlar 90+7-ci dəqiqədə məğlubiyyətdən xilas ola biliblər.

Bu, uğursuz mövsüm keçirən sözügedən komandanın cari mövsümdəki 5-ci heç-heçəsidir. Lodz klubu bu mövsüm 4 qələbə qazanıb, 5 heç-heçə edib və 16 oyunda məğlub olub.

Rahil “Rakuv”la oyuna start heyətində başlayıb və sonadək mübarizə aparıb.

LKS 25 matçdan sonra 17 xalla sonuncu – 18-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Polşa klubuna bu ilin yanvarında “Qarabağ”dan keçən Rahil Məmmədov Lodz təmsilçisi ilə 1,5 illik müqavilə imzalayıb. Müdafiəçi bu komandada 7 rəsmi oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: