Ançelotti paltardəyişmə otağında futbolçularına ismarış qoyub

İtaliyan mütəxəssis Karlo Ançelottinin rəhbərlik etdiyi “Real”ın məşqçilər qərargahı maraqlı ehtiyat tədbiri ilə diqqət çəkib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, “Real”ın məşqçilər heyəti milli komandaların oyunları üçün beynəlxalq fasilədən əvvəl təlim-məşq bazasında futbolçuları üçün xəbərdarlıq bildirişləri qoyub.

Vinisius Junior və Eduardo Kamavinqanın noyabrda əvvəlki beynəlxalq fasilədə milli komandalarında oynayarkən zədələndiyini nəzərə almış məşqçilər qərargahı, “Real”ın məşq meydançasında asılmış lövhədə futbolçularına ismarış, daha doğrusu xəbərdarlıq yazıb.

“Çox diqqətli olun. Bunlar yoldaşlıq oyunlarıdır” – sözləri komandanın paltardəyişmə otağında yazılıb. Karlo Ançelottinin bu ismarışının futbolçularla şifahi olaraq da müzakirə edildiyi vurğulanır.

Xəbəri sosial şəbəkələrdə paylaş: