Arteta “topçular”ın “Luton Taun” üzərində qələbəsini şərh etdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Premyer Liqanın 31-ci turunda autsayder “Luton Taun” üzərində qazandıqları qələbəni (2:0) şərh edib.

Arena.az BBC-yə istinadən, ispaniyalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Oyun çox çətin keçdi. Düşünürəm ki, biz “Luton Taun”a layiq olduğunu verməliyik. Onlar yaxşı komandadır ki, bizi çətinə saldılar. Birinci hissədə iki çox gözəl qol vurduq. Ancaq ikinci hissədə rəqibin üslubuna görə düzgün nəbz tapa bilmədik.

Meydana çıxmış uşaqlardan çox razıyam, həlledici təsir göstərdilər. İndi daha çox seçimimiz var, çünki demək olar ki, hər kəs sağalıb və əlçatandır. Üç xal qazandığımız üçün xoşbəxtəm”, deyə Arteta bildirib.

30 oyundan 68 xal toplamış “Arsenal” Premyer Liqanın yarış cədvəlinin zirvəsinə yüksəlib. “Luton” isə 31 oyundan 22 xalla 18-ci pillədədir. Premyer Liqanın potensial lideri isə 29 oyundan 67 xal toplamış “Liverpul”dur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: