“Mançester Yunayted” futbol üzrə İngiltərə Premyer Liqasının 31-ci turu çərçivəsində səfərdə “Çelsi”yə 3:4 hesabı ilə məğlub olub.
Arena.az xəbər verir ki, bununla da cari mövsümdə 17-ci məğlubiyyətini alan “qırmızı şeytanlar” son 34 ilin antirekordunu təkrarlayıblar.
Mançester təmsilçisi sonuncu dəfə 1989/1990 mövsümündə eyni sayda matçda rəqiblərinə uduzub. 2023/2024 mövsümündə qeydə alınmış məğlubiyyətlərdən 12-si Premyer Liqa oyunlarının payına düşür. Erik ten Haqın yetirmələri 4 dəfə UEFA Çempionlar Liqasında rəqiblərinə boyun əyib. Digər məğlubiyyət isə İngiltərə Kubokunun 4-cü turunda qeydə alınıb.
Xatırladaq ki, “Mançester Yunayted” bu mövsüm Premyer Liqada topladığı 48 xalla 6-cı pillədə yer alıb. İngiltərə çempionatına 70 xala malik “Liverpul” liderlik edir. “Arsenal” 68 xalla 2-ci, “Mançester Siti” 67 xalla 3-cü, “Aston Villa” 59 xalla 4-cü, “Tottenhem” 57 xalla 5-cidir.


