Avopa Liqasının 1/4 finalının ilk oyununda “Milan” üzərində 1:0 hesablı səfər qələbəsi “Roma” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, bu qələbə “canavarlar”ın “Milan” üzərində son 6,5 il ərzində ilk səfər qələbəsidir.
Paytaxt təmsilçisi sonuncu dəfə “Milan”ı “San-Siro”da 2017-ci ilin oktyabrında 2:0 hesabı ilə məğlub etmişdilər.
Cavab oyunu çərçivəsində “Roma” “Milan”ı aprelin 18-də İtaliya paytaxtında qəbul edəcək.


