Yurgen Klopp qəbir daşında nə yazılmasını istəmir?

“Liverpul”un baş məşqçisi Yurgen Klopp düz yerdə özü haqda danışaraq, özünü heç vaxt böyük məşqçi hesab etmədiyini bildirib.

Arena.az “Sky News” dərgisinə istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən heç vaxt özümü dahi məşqçi hesab etməmişəm. Həyatımda heç vaxt. Hələ də insanların məni belə hesab etmələrinə təəccüblənirəm, amma mən bunu qəbul edirəm. Əhəmiyyətli olan odur ki, Liverpulda insanlar bizim əldə etdiyimiz məqamlardan razıdırlar. Mənə Venger və ya başqası ilə müqayisə gərək deyil. Mənim üçün bu, əhəmiyyət kəsb etmir.

Qəbir daşımda “Burada planetin ən uğurlu məşqçilərindən biri yatır” yazılmasını istəmirəm – mən onsuz yerin üç fut altında qalacağam. Xeyr, bu, mənim üçün deyil. Mən həyatım boyu insanlara kömək edən bir insan kimi xatırlanmaq istəyirəm”, deyə Yurgen Klopp vurğulayıb.

Hazırda Yurgen Klopun “Liverpul”u 32 oyundan 71 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 3-cü pilldə qərarlaşıb. Premyer Liqaya 73 xalla “Mançester Siti” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: