Bu gün futbol üzrə İngiltərə Federasiya Kubokunda 2023/2024 mövsümünün yarımfinal mərhələsinin oyunlarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Mançester Siti” doğma meydanda “Çelsi” ilə qarşılaşıb. Görüşün taleyini bir qol həll edib. 83-cü dəqiqədə portuqaliyalı yarımmüdafiəçi Bernardo Silva “zadəganlar”ın qapısına yol tapmaqla komandasını finala çıxarıb.
İngiltərə Federasiya Kubokunda yarımfinalın digər görüşü sabah “Koventri Siti” ilə “Mançester Yunayted” arasında baş tutacaq.
İngiltərə Federasiya Kuboku
Yarımfinal
20 aprel
Mançester Siti – Çelsi 1:0
Qol: B.Silva, 84.
21 aprel
18:30. Koventri Siti – Mançester Yunayted


