Poçettino kubokda “Mançester Siti”yə məğlubiyyəti şərh etdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Kubokunun yarımfinalında “zadəganlar”ın “Mançester Siti”yə məğlubiyyətini şərh edib.

Arena.az məlumat verir ki, Londonun “Uembli” stadionunda keçirilmiş oyun Xosep Qvardiolanın “şəhərlilər”inin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Biz buraxmamalı olduğumuz bir məqamda qol buraxdıq. Rəqib qapısı qarşısında soyuqqanlılıq göstərə bilmədik, qol vura bilmədik.

Ötən Bazar ertəsi biz 6 qol vurmuşduq, amma bu gün bəlkə də daha çox məqamımız və qol vurmaq üçün dəqiq imkanlarımız olsa da, qol vura bilmədik.

İndi mövsümü ən yaxşı şəkildə başa vurmağın və sonra necə inkişaf edə biləcəyimizi danışmağın vaxtıdır”, – “Çelsi”nin mətbuat xidməti argentinalı mütəxəssisdən sitat gətirir.

Beləliklə, “Çelsi” İngiltərə Kubokunda mübarizəsinə xitam verib.

Turnirin sonuncu qalibi olan “Mançester Siti” isə İngiltərə Kubokunun finalında “Koventri Siti” – “Mançester Yunayted” cütünün qalibi ilə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: